“Yanvardakı pensiya artımı fevral ayı ilə birlikdə ödəniləcək” –AÇIQLAMA

“Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir”.
Azpost.info bildirir ki, bu barədə deputat Vüqar Bayramlı Meta-da bildirib.
Onun sözlərinə görə, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur: “Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir”.
Deputat bildirib ki, Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək: “2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”.
Əvvəlki məqalə

3 ölkə Türkiyədə konsulluq işini dayandırıb

Sonrakı məqalə

Naxçıvandan Türkiyəyə quru yolu açılıb –