YAP gəlirini açıqladı –22 milyon manat üzvlük haqqı yığıb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2022-ci ildə topladığı üzvlük haqları 22 978 154 manat təşkil edib.

Azpost.info xəbər verir ki, bu 2021-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

2021-ci ildə hakim partiya üzvləri 11 026 276 manat üzvlkü haqqı ödəyib. Üzvlük haqqının artması YAP-ın gəlirlərini də iki dəfə artırıb. Hakim partiya həmçinin balansında olan əmlaklardan 241 574 manat, tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı buna bənzər başqa fəaliyyətdən 336 581 manat gəlir əldə edib.

Hakim pariyanın maliyyə hesabatından məlum olur ki, 2022-ci ildə YAP-ın gəlirləri 26 794 284 manat təşkil edib. Hakim pariyanın xərcləri isə 15 878 093 manat olub. Hesabatdan o da aydın olur ki, ötən il dövlət büdcəsindən YAP-a 2 403 344 manat vəsait ayrılıb.

Abbas

Əvvəlki məqalə

“Twitter”in loqosu dəyişib

Sonrakı məqalə

“Azneft” Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib