YAP-ın növbədənkənar qurultayı keçiriləcək? –İcra katibi açıqlama verdi

“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.

Bunu bu gün keçirilən mətbuat konfransında gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandıran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP icra katibi Milli Məclislə bağlı qərarı elan etdi –

Sonrakı məqalə

Siyavuş Novruzov: