YAP Naxçıvandan Baş redaktorun namizədliyini irəli sürüb –Bəzi adlar məlum olub

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı YAP-ın deputatlığa namizədlər siyahısında yer almayıb.

VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova, I vitse-spiker Əli Hüseynli, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun namizədliyi isə yenidən irəli sürülüb.

Həmçinin, siyahıda yeni namizədlərdən biri də “İki sahil” qəzetinin baş redaktoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadədir.

Onun namizədliyi Naxçıvandakı seçki dairələrinin birindən irəli sürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.