YAP sədrinin müavini parlament seçkilərindən danışdı

“Parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı son qərar yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

“Amma buna baxmayaraq, Yeni Azərbaycan Partiyası təkcə seçki ərəfəsində yox, seçkilər arası müddətdə də seçkiyə hazırlıq prosesini keçirir. Yeni Azərbaycan Partiyası da bu gün parlament seçkiləri ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir”, – o əlavə edib.

Əvvəlki məqalə

Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Sonrakı məqalə

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir