YAP türk müxalifətinin iddialarını rədd edib –"Görüşdə AKP-yə dəstək çağırışları olmayıb"

“Mətbuatı izləsəniz, görərsiniz ki,  həmin görüşlərdə konkret olaraq AKP-yə dəstək çağırışları olmayıb.  Yəni ki, bütün mesajlar Türk xalqının seçiminə və iradəsinə əsaslanır”.

Azpost.info bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın aparat rəhbəri Tahir Budaqov Türkiyə müxalifətinin YAP-ın bu ölkədə seçkilərə müdaxiləsinə dair iddiasına münasibətində bildirib.

Qeyd edək ki, Türkiyənin Millət İttifaqına yaxın media quruluşlarında Azərbaycan hakimiyyətinin bu ölkədə seçkilərə qarışması barədə əcaib iddilar səslənir.

Bu iddialarda  YAP-çı deputatların  son zamanlar reallaşan Türkiyə  səfərlərinə istinad olunur.

Tahir Budaqov deyib ki, YAP-dan olan deputatlar AKP-nin tədbirlərinə qarşılıqlı əməkdaşlıq sazişinə uyğun olaraq qatılır: “2021-ci ildə AKP ilə YAP arasında əməkdaşlıq sazişi imzalanıb. Bu səfərləri daim baş tutub.  2020-ci ildən bu yana hər il həm AK Partiyadan olan rəsmilərin  Azərbaycana səfəri, həm də Yeni Azərbaycan Partiyasının təmsilçilərinin Türkiyə səfərləri daimi xarakter daşıyır. Bu səfərlər də iki partiya arasında əməkdaşlığı əks etdirən səfərlərdir”.

Əvvəlki məqalə

Brejnev “Kiyevin fəxri vətəndaşı” titulundan məhrum edildi

Sonrakı məqalə

Lisey və gimnaziyalardakı vakant şagird yerlərinin sayı açıqlanıb