Yaponiyada gənclərin 86 faizi uzağı aydın görmür- "İlk üçlük"də hansı ölkələr var?

Yaponiya gənclər arasında miopiyanın (yaxındangörmə) yayılmasına görə 85,95 faiz göstərici ilə liderdir.

Azpost.info xəbər verir ki, bu barədə “British Journal of Ophthalmology” jurnalı Çindəki Sun Yatsen Universitetinin alimlərinə istinadən yazıb.

Ümumilikdə, sınaqlar 50 ölkədə keçirilib. Yaponiyadan sonrakı yerləri Cənubi Koreya (73,94 faiz) və Rusiya (46,17 faiz) tutur. Həkimlər bu nəticəni qadcetlərdən aktiv istifadə ilə əlaqələndirirlər.

Rusiyalı oftalmoloq Mariya Belova bildirir ki, göz vəziyyəti voleybol, badminton və üzgüçülük kimi açıq idman növləri ilə yaxşılaşa bilər. Onun sözlərinə görə, baxışların yaxından uzaq məsafələrə sürətli hərəkətini tələb edən stolüstü tennis kimi idman növləri də buna kömək edəcək. Həkim qeyd edib ki, belə idman növləri göz əzələlərini gücləndirir və miopiyanı stabilləşdirən dofaminin sintezinə şərait yaradır.

Qeyd edək ki, miopiya uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur.

Azpost.info

Əvvəlki məqalə

İlon Mask ABŞ-da bahalaşmanın səbəbini

Sonrakı məqalə

Rusiya 5 saat Kiyevə PUA-larla hucum edib