Yasamal və Sabunçuya yeni prokurorlar təyin edildi –

TƏYİNAT
18 İyun 2020 - 10:44

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub. (APA)