Yasamalda zirzəmidə yanğın olub, bir nəfər xilas edilib

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar 3 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Polis borcu olan 70 nəfəri saxlayıb –