Yaxın Şərqin istənilən yeri İsrail üçün əlçatandır.
Azpost.info xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
“Xalqımızı və ölkəmizi qorumaq üçün Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi yer yoxdur”, – o bildirib.
Bu həlledici anda o, birbaşa İran xalqına müraciət etmək istədiyini qeyd edib və İran hakimiyyətini regionu hər gün daha da qaranlığa, daha da müharibəyə sürükləməkdə ittiham edib.
Azpost.info