“Yaxşı nəticələri olacaq” –

İlham Əliyev Putinlə görüşdə bunları dedi
26 Noyabr 2021 - 16:28

“Rusiya və Azərbaycanın münasibətlərini strateji tərəfdaşlıq kimi xarakterizə edirik”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiaynın dövlət başçısı Putinlə Soçidə keçirilən ikitərəfli görüş zamanı deyib.

İ.Əliyev deyib ki, bu gün Ermənistan-Azərbaycanın problematikası bağlı müzakirə aparaqlar: “Son 1 il ərzində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazidə ciddi insidentlər baş verməyib. Sponton baş verənlər isə sistemli böhran hesab edilməyib. Azərbaycan-Ermənistan sərhədində toqquşmalar olub. Amma ora sülhməramlıların məsuliyyət zonası deyil. Buna baxmayaraq bu bizi diqqətli olmağa, üçtərəfli formatda danışmağa, risklərə necə nəzarət etməyə, onları minimallaşdırmaq və Azərbaycan Ermənistan münasibətlərini hərtərəfli tənzimlənməsi üçün işləməyə vadar edir”.

İlham Əliyev Putinin şəxsi rolunu qeyd edib: “Bu məsələdə sizin şəxsi rolunuzu, üçtərəfli işçi qrupunun , həmçinin sülhməramlıların rolunu  yüksək qiymətləndiririk. Ümid edirəm ki, gələn ildə bu iş davam etdiriləcək. Yaxşı nəticələri olacaq”.