Yayda keçiriləcək imtahanların saatında dəyişiklik edilib - DİM

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə DİM-dən məlumat verilib.

“İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir”, – məlumatda qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.