Yazıçı-jurnalist İntiqam Mehdizadə vəfat edib

Yazıçı, publisist İntiqam Mehdizadə bu gün günorta saatlarında vəfat edib.

Bu barədə APA-ya şair Qorxmaz Şıxalıoğlu məlumat verib.

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 3 il “Azərbaycan gəncləri” qəzetində işləyib.

1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Daha sonra böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. “Gənclik və idman” redaksiyasına rəhbərlik edib.

O, beş kitab müəllifidir.

Əvvəlki məqalə

Ermənistan Baş prokurorunun Xankəndinə səfəri təxribatdır –

Sonrakı məqalə

“Bakı Banklararası Valyuta Birjası” ləğv edilib