“Yekun summativ qiymətləndirmə əyani formada keçiriləcək” –

Təhsil naziri
08 May 2021 - 17:05

“Yekun summativ testlərin əyani formada keçirilməsi nəzərdə tutulub”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, burada təbii ki, pandemiya şəraitində olan vəziyyət düzgün qiymətləndiriləcək: “Çalışacağıq ki, kiçik və böyük summativləri birləşdirib bir dəfə yekun qiymətləndirmə edib, yarımillik qiyməti çıxaraq”.