“Yeni klinika”da baş direktor vəzifəsini Cavid Paşayev icra edəcək –TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.
Bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını da tanınmış anestezioloq Cavid Paşayev icra edəcək.
C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.
Vüqar Qurbanov yeni baş həkimi kollektivə təqdim edib. Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Cavid Paşayevin səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini və “Yeni klinika”nın müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, Cavid Paşayev Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
O, əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb.
Daha sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.
Əvvəlki məqalə

Bulvar İdarəsinin sabiq rəis müavini Nazim Məcidov vəfat edib

Sonrakı məqalə

Çin lideri “uyğur soyqırımı” ittihamlarından sonra ilk dəfə Sincana gedib