Yeni Klinikada ilk sümük iliyi transplantasiyası həyata keçiriləcək

Gələn ildən TƏBİB tabeçiliyində fəaliyyət göstərən Yeni Klinikada sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıq aparılır.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, ilkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə nəzərdə tutulub: “Sümük iliyi transplantasiyasında sterillik çox önəmli məsələdir. Şöbələr tam olaraq keyfiyyətli xidmət göstərilməsi üçün sterilizasiya mühitə çevrilməlidir. Sümük iliyi transplantasiyası keçirən pasiyentlər bu şöbələrdə uzun müddət yatış etməlidirlər. Bu istiqamətdə biz beynəlxalq ekspertlərlə, sümük iliyi transplantasiyasını icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, onların təcrübələrini öyrənirik.

Bundan başqa, Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkim eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir. Onlardan bir qrup artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir”.

V.Qurbanov onu da əlavə edib ki, ilkin mərhələdə çətinliklər ola bilər, lakin biz buna hazırıq: “Çox güman ki, gələn il ərzində Yeni Klinikada ilk sümük iliyi transplantasiyası həyata keçiriləcək. İlkin mərhələdə 25 xəstə üçün çarpayı fondu olan şöbə nəzərdə tutulub. Lakin proseslərə başlanıldıqdan sonra həmin şöbələrin və çarpayı fondunun genişləndirilməsi həyata keçiriləcək”.

Əvvəlki məqalə

“Ukrayna ilə sülh danışıqlarının aparılması hazırda aktual deyil”

Sonrakı məqalə

“Telegram”da saxta dələduzluq səhifələri yaradılıb