“Yeni parlament” mesajı hansı zərurətdən yaranıb? –  TƏHLİL

Milli Məclisin buraxılması baş vermiş faktdır. Nəticəni yox, gözlənilən prosesi təhlil etmək daha mühümdür. Burada bir sıra məqamları proqnozlaşdırmaq olar.

İlk olaraq “Milli Məclisin yeni tərkibi necə olcacaq?” sualı açıq qalır. YAP icra katibi parlamentin buraxılmasını ölkədə aparılan islahatlarla izah edib. Qanunverici orqanda ayrı-ayrı oliqarx məmurların himayə etdiyi deputatların bu islahata mane olduğunu iddia etmək gülünc olardı. Belə bir cəhd yoxdur. Ola bilsin parlament seçkisinə qədər YAP-ın öz daxilində ciddi dəyişiklər olsun. Bir sıra idarəedici fiqurlar dəyişsin. Prezidentin son çıxışlarından aydın olur ki, o, hakim partiyanın siyasi münasibətlərin formalaşmasında oynadığı roldan narazdır. Prezident Baş nazirin sabiq müavini Əli Həsənovu oktyabrda qəbul edərkən YAP-da ciddi dəyişiklərlə bağlı göstəriş verdiyini açıqlamışdı.

Odur ki, yeni seçkiyə qədər YAP-ın “vitrini”nin dəyişməsi mümkündür. Hakim partiya cəmiyyətin etimad limitini qazanmış şəxslərlə və gənclərdən ibarət yeni tablo ilə seçki prosesinə çıxmaqla dvident qazanamağa çalışacaq. Belə “kart blanş” islahatlar üçün hava-su qədər vacibdir.

Yeni parlamentə hökümətin icra fəaliyyətinə nəzarət imkanı verən səlahiyyətlərin verilməsi Prezidentin tələb etdiyi ictmai nəzarət sisteminin mühüm həlqəsi ola bilər.

Bu zaman ölkədəki partiyaların seçkilərədə iştirakı ilə bağlı siyasi qərarları da öz sözünü deyəcək. Masada müxalifətin Seçki Məcəlləsinin dəyişdirlməsi barədə təklifləri də var.

Beynəlxaq rəylər yeni parlament seçkisi üçün mühüm amildir. Ölkədə aparılan iqtisadi açılımın fonunda parlament seçkiləri Azərbaycanın regionda şərik olduğu, yaxud aparıcısı olduğu iri müqavilələrin sabitliyi üçün bir indikatordur. “Şəffaf idarəetmə”nin əsas ağırlığı qanunvercilik sferası daşıyır.

Yeni seçki perspektivdə Azərbaycanın parlament idarəçiliynə keçidinə bir imkan kimi də nəzərdən keçirilə bilər….

Qədim Çin məsələində deyildyi kimi, əgər dəyişiklik küləkləri əsirsə onun qarşısını almaq yox, yel dəyirmanları tikmək lazımdır. Yeni parlament həmin yel dəyirman olacaqmı?

Bunu gözləmək qalır.

“Azpost.info”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarılıb

Sonrakı məqalə

Türkiyə XİN başçısı Makronu terrorizmə dəstək verməkdə ittiham edib