Yeni seçilmiş Milli Məclisdə 8 partiya təmsil olunacaq

- SİYAHI
05 Mart 2020 - 13:01

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin yekununu təsdiqləyib.

APA-nın məlumatına görə, Milli Məclisdə 8 partiya təmsil olunacaq.

Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) isə parlamentdə 1 deputatı var.