Yerli gəlirlərin ən aşağı icrası bu rayonda olub- Hesablama Palatası açıqladı

2019-cu ildə Azərbaycanda yerli gəlirlər hər bir şəhər və rayonda artıqlaması ilə icra olunub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, ötən il yerli gəlirlər 738,8 milyon manat proqnoza qarşı 884,9 milyon manat və yaxud 119,8%, o cümlədən Bakı şəhəri üzrə 239,9 milyon manat proqnoza qarşı 254,1 milyon manat və yaxud 105,9% icra edilib.

Şəhərlər üzrə icra göstəricisi 403,2 milyon manat proqnoza qarşı 452,8 milyon manat və yaxud 112,3% təşkil edib. Ən aşağı icra göstəricisi Şirvan şəhərinə (103%), ən yüksək icra göstəricisi isə Gəncə şəhərinə (141,3%) məxsus olub.

Rayonlar üzrə icra göstəricisi isə 335,6 milyon manat proqnoza qarşı 432,1 milyon manat və yaxud 128,8% təşkil edib. Ən aşağı icra göstəricisi Saatlı rayonuna (101,5%), ən yüksək icra göstəricisi isə Göygöl rayonuna (349,1%) məxsus olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tərtər rayonunda yeni məktəb binası tikiləcək

Sonrakı məqalə

Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək