Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyənləşdirilib və onun ailəsinə qaytarılması təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı bu ilin iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.