Yevlaxda kişi arvadını, onun dayısını və qayınanasını bıçaqladı

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

Rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

“Ümid edirəm bizə “küçə yeməyi” ilə “fast- food”un fərqini izah edərlər” –

Sonrakı məqalə

Türkiyədəki seçkilərə 36 siyasi partiya qatılacaq