Yevlaxda neft kəmərinin yanında 2 kiloqram marixuana və “patı” tapıldı

Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin mühafizə zonasında 2 kiloqrama yaxın narkotik tapılıb.

Bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən Azpost.info-ya məlumat verilib.

Məlumatda deyilir ki, sentyabrın 7-də saat 21.25-də ixrac boru kəmərlərinin mühafizəsi məqsədilə piyada müayinə aparılıb. Bu zaman boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7kq marixuana və 1 büküm metafetamin maddəsi) aşkar edilib.

Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunan narkotik rayon polis şöbəsinə təhvil verilib.

Azpost.info

 

Əvvəlki məqalə

“Qarabağ” Şahruddinlə vidalaşdı

Sonrakı məqalə

“Qarabağdakı qanunsuz erməni qüvvələri kazarmalarından çıxaraq mövqelərə yerləşdirilib” –