Yevlaxda polisin 4-cü sinif şagirdini döyməsi barədə məlumat araşdırılır –Baş Prokurorluq

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN mətbuat xidmətinin məlumatına görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, Yevlax rayon prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır.

Qeyd olunub ki, Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

Əvvəlki məqalə

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

Sonrakı məqalə

Əvəz Zeynallıya qarşı yeni ittiham irəli sürülüb