“Yoluxma artsa, daha sərt karantin rejiminə keçiləcək” –Prezidentin köməkçisi

“Sərtləşmə ilə bağlı qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Bu da hər bir vətəndaşımızdan asılı olan məsələdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, 3 təməl qaydaya riayət edilməlidir: “Britaniya ştammının daha yoluxucu olması təsdiqlənib. Ona görə də bayram ərəfəsində bütün vətəndaşlarımızı özlərini məhdudlaşmağa çağırıram. Kim rayona gedəcəksə, orada da özlərini qorumağa çağırıram. Çünki saylar artsa, Operativ Qərargahın başqa yolu qalmayacaq. Biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yoluxmaların 52,9 faizi Bakıdadır” –

Sonrakı məqalə

“Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır” –