“Yoluxma nəzarətə alınsa, ilk addım rayonlara gediş-gəlişin bərpası olacaq”-Şahmar Mövsümov

“Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, ilk yumşalma zamanı bu, təsdiqini tapır: “Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailə üzvlərim Qəbələyə, Şamaxıya, digər gözəl guşələrə getmək istəyir. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avqustun 5-nə qədər çimərlikləri aça bilməyəcəyik” –

Sonrakı məqalə

Ermənistana Gürcüstandan hərbi sursat daşınması ilə bağlı yayılan xəbər dezinformasiyadır –