Yüksək hazırlıq vəziyyətinə gətirilən NATO qüvvələrinin sayı AÇIQLANDI

Yüksək hazırlıq vəziyyətində olan NATO silahlı qüvvələrinin sayı yarım milyon nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Yens Stoltenberq Baş katib səlahiyyətlərinin Mark Rutteyə təhvil verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, təşkilat son 10 ildə böyük transformasiyaya məruz qalıb.

“Biz yarım milyona qədər hərbçini yüksək hazırlıq vəziyyətinə gətirmişik. Əvvəllər bu rəqəm minlərlə idi”, – Stoltenberq bildirib.

Azpost.info

Əvvəlki məqalə

Vidadi İsgəndərli Fransada vəfat edib

Sonrakı məqalə

Məktəbəhazırlıq qruplarında tədris başlayıb