Yunanıstanda kəskin istilərə görə bağçalar və məktəblər bağlanıb

Yunanıstanda kəskin istilərə görə uşaq bağçaları və məktəblər bağlanıb.

Azpost.info xəbər verir ki, havanın temperaturu kölgədə 43 dərəcəyə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi həddindən artıq yüksək temperaturdan yaranan hər hansı problemin operativ və effektiv həlli üçün tibb müəssisələrini və təcili tibbi yardım xidmətlərini yüksək hazırlıq vəziyyətində olmağa çağırıb.

Hökumət həmçinin bu müddət ərzində körpələr evi, uşaq bağçası, eləcə də məktəblərin bağlanması barədə göstəriş verib. Məktəblərə, idarə və müəssisələrə məsafədən işləmək tövsiyə olunub.

Azpost.info

Əvvəlki məqalə

Vəkillər Kollegiyası və Penitensiar xidmətin rəhbərliyi ilk dəfə üz-üzə oturdular –

Sonrakı məqalə

Sahibə Qafarova Aleksandr Lukaşenko ilə görüşüb