“Yura dövrü-4” filminin çəkilişi başa çatıb –FOTOLAR

“Dinozavrlar aləmindən bəhs edən “Yura dövrü- 4” bədii filminin çəkilişlərinin tam başa çatdığı barədə yayılan məlumatı bu ekran əsəri üzərində işləyənlər də təsdiq edib.

Azpost.info bildirir ki, xəbəri “Cinema Express” yayıb.

İngiltərədə istehsal olunan, ilk versiyaya uyğun olaraq “Yuranın dünyası: Yenidən doğuş” adlanan filmin çəkilişləri nəhayət yekunlaşıb. Xəbəri filmin prodüseri Frenk Marşall sosial şəbəkələr vasitəsilə yayıb.

Filmin ilk böyük nümayişi planlaşdırıldığı kimi 2025-ci ildə, iyul ayının 2-də olacaq. Filmin rejissoru Qaret Edvardsdır. Filmdə baş rolları Skarlet Yohansson və Conatan Beyli, həmçinin də Maherşala Ali, Rupert Frend, eləcə də başqaları ifa ediblər.

Filmin süjeti yer planetində indiyə qədər sağ qalan ən böyük üç dinozavrdan DNT nümunələri toplamalı olan gizli bir qrup axtaranlar ətrafında cərəyan edir. Orijinal əsərin və ssenarilən, “Yura Parkı” – nın ilk müəllifi yazıçısı David Koepp yenidən bu mövzuya qayıtmış, yeni filmin ssenarisini işləmişdir.

Yeni filmin yaradıcı heyətinin bildirdiyinə görə “Yura dövrü-4”-ün çəkilişlər əsasən Taylandda aparılıb və ümumilikdə isə yüz altı gün davam edib. Davam kimi çəkilən sonuncu film olan “Dominatlıq” 2022-ci ildə istehsalata buraxılıb. Tamaşaçıların maraqla baxdığı bu film həmçinin də öz zamanında, yəni 2022-ci ildə çox böyük rekord göstərici əldə etməklə 1 milyard dollardan artıq gəlir toplayıb.

Film üzərində işləyən qrupdan bildiriblər ki, yeni “Yura dövrü-4” filmi cəlbedici və xüsusi effektlərlə zəngin olduğuna görə tamaşaçılar üçün baxımlı bir ekran əsəri olacaq.

Oqtay QORÇU

Əvvəlki məqalə

Xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb

Sonrakı məqalə

Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir