Yuxu çatışmazlığı 2-ci tip diabetə səbəb ola bilər.
Azpost.info xəbər verir ki, mütəxəssislər yuxu rejiminin pozulmasının da bu xəstəliyə səbəb ola biləcəyini deyirlər.
Alimlər yeddi il yarım ərzində 84 min insanı izləyiblər və müəyyən ediblər ki, ənənəvi yuxu cədvəlindən cüzi kənarlaşmalar belə, xəstəliyin ehtimalını artıra bilər.
Mütəxəssislər qeyd ediblər ki, gecə altı saatdan az yatan insanlar yüksək risk altındadır.
Sağlam yuxu orqanizmin bərpası, maddələr mübadiləsinin normallaşması və ümumi sağlamlıq üçün vacib olduğundan müntəzəm yuxu rejiminə riayət etmək tövsiyə olunur.
Azpost.info