Yüzlərlə ukraynalı hərbçi Uqledarda “tələyə düşə” bilər, çünki şəhər Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti yazıb.
Uqledar Donetskdən 60-70 km cənub-qərbdə yerləşir. Bu şəhər “DXR”in indiyədək Kiyevin nəzarətində olan əsas logistika məntəqəsidir.
TASS-ın təhlükəsizlik qüvvələrindəki mənbələri bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Uqledarın mərkəzi hissəsindəki mövqelərini tərk etdikləri barədə məlumat vermişdilər.
Azpost.info