Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib- ADY

İyulun 4-də saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

ADY-dən bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

Əvvəlki məqalə

Polis Jurnalistlərin binası ətrafındakı vəziyyətlə bağlı araşdırma aparır

Sonrakı məqalə

“Azərbaycanla ABŞ arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”