Zəmilərdən 2 milyon ton taxıl yığılıb

İyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın yaydığı məlumatda deyilir.

Arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.

Zəmilərdən bugünədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.

Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Əvvəlki məqalə

Qətər əmiri Putinin Rusiyaya səfər dəvətini qəbul edib

Sonrakı məqalə

Hovuz və akvaparklarda infeksiyalara yoluxa bilərsiz