Zəlzələ nəticəsində hər hansı dağıntı, xəsarət barədə məlumat daxil olmayıb- FHN

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, məlumatda deyilir.

Əvvəlki məqalə

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir –

Sonrakı məqalə

“Qərb postsovet məkanında mütəmadi olaraq bioloji eksperimentlər keçirir”