Zakir Həsənov Atatürkün Anıtqəbirini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.

Zakir Həsənov ilk olaraq Ankarada Anıtqəbiri ziyarət edib.

Səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.

Səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məscidlərə mollanı Dini Komitə təyin edəcək –

Sonrakı məqalə

Jurnalist Xalid Niyazovun həyat yoldaşı koronavirusdan vəfat edib