Zakir Həsənovla ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri Səmərqənddə görüşüb

Sonrakı məqalə

Azərbaycan Ordusu Zod bölgəsindəki hərbi hissəni məhv edib