Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Prezident Zelenski ilə görüşü ilə bağlı bildirib ki, onlar arasında vacib və ciddi söhbət olub.
Azpost.info bildirir ki, Zalujnının sözlərinə görə, yanaşma və strategiyaların dəyişdirilməsinin zəruri olduğu qərara alınıb.
“Böyük Müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Döyüşümüz davam edir və hər gün dəyişir. 2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməli və və yeni reallıqlara uyğunlaşmalıdır. Birlikdə qalib gəlməliyik. Ətrafımızda olan hər kəsə təşəkkür edirəm. Baş Qərargahın komandası, Müdafiə Nazirliyi,Ukrayna Prezidenti. Mən hər biri ilə, Ukrayna Silahlı Qüvvələrinin hər bir üzvü ilə fəxr edirəm. Övladlarımızın gələcəyini qoruyan bütün əsgərlər, çavuşlar və zabitlərlə fəxr edirəm. Ukrayna və azadlıq uğrunda canından keçən hər kəsin qarşısında baş əyirəm. Biz xatırlayırıq və hər kəsin qisasını alacağıq. Ukraynalılar mütləq qalib gələcəklər”.