Zaqatalada it 3 yaşlı uşağı dişləyib

Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.

Bu gün səhər saat 09 radələrində rayonun Bəhmətli kənd sakini, 2019-cu il təvəllüdlü Adəm Cəlil oğlu Qurbanov sol göz nahiyəsinin və çənənin aşıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 3 yaşlı A.Qurbanova səhər saatlarında yaşadığı ünvanda ailəsinə məxsus itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub. A.Qurbanova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.

Əvvəlki məqalə

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Sonrakı məqalə

Prezident İlham Əliyev Brüsselə səfərə gedib