Zaqatalada zəhərlənən şəxslərdən 15 nəfəri uşaqdır –TƏBİB

Zaqatalada zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb.

Bu barədə TƏBİB-in məlumatında deyilir.

“Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.

Xatıraladq ki, dünən Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Əvvəlki məqalə

Görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Sonrakı məqalə

BMT Baş katibi andiçmə mərasimi ilə bağlı Putinə məktub göndərəcək