Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, onun üçün əlavə maliyyələşmədənsə, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq daha vacibdir.
Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Anonim rəsmilərin sözlərinə görə, Zelenski bunu Aİ liderlərinə də deyib: “Zelenski təkbətək danışıqlarda avropalı liderlərə deyib ki, onun üçün maliyyələşmə ilə razılaşmaqdansa, Aİ-yə üzvlüklə bağlı danışıqlarda razılıq əldə etmək daha vacibdir”.
Aİ nümayəndəsi qeyd edib ki, Kiyevdə yalnız yanvar ayı üçün likvidlik var, o zaman ölkə maliyyə çətinlikləri yaşamağa başlayacaq. Onun fikrincə, Ukraynanın əsəbləşməyə haqqı var, Avropa isə tez hərəkət etməlidir.
Azpost.info