Zelenski Ali Radadakı nümayəndəsini vəzifəsindən azad edib

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radadakı nümayəndəsi Fedor Venislavskini vəzifəsindən azad edib.

Azpost.info xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb.

Sənəddə deyilir ki, Fyodor Vladimiroviç Venislavski Ukrayna prezidentinin Ukrayna Ali Radasındakı nümayəndəsi vəzifəsindən azad edilsin.

Noyabrın ortalarında Venislavski Ukrayna Silahlı Qüvvələrində 18 ay xidmət etmiş şəxsləri tərxis etmək planının olmadığını açıqlayıb. O qeyd edib ki, bu məsələnin yaxın gələcəkdə həll olunacağı ehtimalı yoxdur.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-da ilin ən yaxşı filmi seçilib

Sonrakı məqalə

Onurğa əyriliyi nədir, müalicəsi varmı?