Zelenski Budapeştdə Tramp-Putin görüşündə iştirak edəcək?

Vaşinqton Zelenskinin Budapeştdə Tramp-Putin görüşündə iştirak edə biləcəyinə ümid edir.

AzPost-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Caerolayn Levitt CBS telekanalına bildirib.

“Levittin şərhlərinə əsasən, hələ də Zelenskinin bu danışıqlara daxil ola biləcəyi ehtimalı var. Prezident Tramp bildirib ki, onlar bir neçə həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq”, – deyə CBS-in məlumatında vurğulanır.

Tramp və Zelenski bu gün Vaşinqtonda görüş zamanı bu ehtimalı şəxsən müzakirə edəcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.