“Kiyev Ukrayna lideri Vladimir Zelenski ilə Çin rəhbəri Si Szinpin arasında söhbəti səbirsizliklə gözləyir”.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.
“Çin dünyanın ən güclü liderlərindən biridir. Və Kiyev ümid edir ki, Pekin bu vəziyyətin həllində rol oynayacaq. Biz (liderlərin) bu söhbətini səbirsizliklə gözləyirik”,- Yermak sosial şəbəkədəki səhifəsində yazıb.