Zelenski ilk dəfə yeni Roma Papası ilə danışıb

Prezident Zelenski ilk dəfə yeni seçilmiş Roma Papası XIV Leo ilə danışıb və onu Ukraynaya səfərə dəvət edib.

AzPost bildirir ki, bu barədə Zelenski məlumat verib.

“Ukraynanın və bütün xalqımızın dəstəyinə görə sizə təşəkkür etdim. Biz Papa həzrətlərinin ölkəmiz üçün ədalətli və davamlı sülhün əldə edilməsi və məhbusların azad edilməsinin zəruriliyi haqqında söylədiyi sözləri çox yüksək qiymətləndiririk. Biz Rusiya tərəfindən deportasiya edilən minlərlə ukraynalı uşaq haqqında danışdıq. Ukrayna onların evlərinə ailələrinə qaytarılmasında Vatikanın köməyinə ümid edir”, – deyə prezident bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.