Zelenski Milli Qvardiya komandanının 4 müavinini işdən azad edib

Prezident Vladimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanlığında dəyişikliklər edib.

Onun sərəncamı ilə Milli Qvardiya rəisinin dörd müavinini vəzifəsindən azad edilib və yeniləri təyin olunub.

Zelenski Vladimir Kondratyuk, Aleksandr Nabok, Oleq Saxon və Nikolay Mykolenkonu işdən azad edib.

Prezident digər sərəncamla Vadim Qladkovu, həmçinin Aleksandr Belous və Aleksey Osipenkonu Ukrayna Milli Qvardiyasının komandanının müavinləri təyin edib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda məktəbdə şagirdlər arasında davada bıçaqlanma olub? –

Sonrakı məqalə

Alimlər kosmosda naməlum güclü şüa qeydə alıblar