Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücumdan imtina etməsi müharibənin qaynar fazasına son qoymaq üçün ilk addım ola bilər.
Azpost.info xəbər verir ki, bunu Bunu Ukrayna prezidenti Vladimir Zelenski “Financial Times”a müsahibəsində deyib.
“Enerji təhlükəsizliyi ilə bağlı qərar verilə bilər. Yəni biz onların enerji infrastrukturuna hücum etmirik, onlar bizimkilərə hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Qara dənizdə enerji və kommersiya gəmilərinə hücumlardan imtinaya dair razılaşmalar Moskvanın müharibəni dayandırmağa hazır olduğuna işarə ola bilər. Bununla belə, Zelenski hesab edir ki, Rusiyanın hazırda danışıqlara açıq olması ilk növbədə ABŞ seçkilərinin nəticələrindən asılıdır.
Azpost.info