Zelenski Prezident İlham Əliyevi təbrik etdi

Ukrayna Prezidenti Volodımır Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə rəsmi təbrik ünvanlayıb.
Ukrayna dövlətinin başçısı məktubda bildirib:
“Mən Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daimi dəstəyini, habelə ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm.
Ukrayna üçün bu çətin zamanlarda, Rusiya təcavüzünə qarşı mübarizədə azadlığı və müstəqilliyi müdafiə etdiyimiz bir vaxtda tərəfdaşların dəstəyi xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, birgə səylərlə ölkələrimiz bütün sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirəcək, bu da xalqlarımızın təhlükəsizliyinə və rifahına töhfə verəcək.
Hörmətli cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məsuliyyətli dövlət fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.
Əvvəlki məqalə

Kürdə məktəbli batıb: “Çantasını çayın kənarından tapıblar”

Sonrakı məqalə

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin yeni İdarə Heyəti seçilib –