Zelenski Rusiya ilə danışıqları tələ hesab edir

Rusiya ilə danışıqları real hesab etməyən Ukrayna Prezidenti Volodimir Zelenski imzalana biləcək hipotetik sülh razılaşmasının “tələ” olacağını düşünür.

Ukraynanın dövlət başçısı bu fikri “Guardian” qəzetinə müsahibəsində səsləndirib.

Qeyd edək ki, Kreml Ukraynadakı hazırkı vəziyyətin dinc məcraya qayıtması üçün heç bir əlamətin olmadığını dəfələrlə bildirib. Moskva problemin həllini “xüsusi əməliyyatın” hədəflərinə nail olmaqda görür və hesab edir ki, hazırda bunun yeganə yolu yalnız hərbi əməliyyatlarla mümkündür.

Kremldən verilən bəyanata görə, Ukraynadakı vəziyyət dinc məcraya yalnız faktiki vəziyyət və yeni reallıqlar nəzərə alınmaqla qayıda bilər.

Əvvəlki məqalə

Növbəti köç karvanı Laçın rayonuna çatıb

Sonrakı məqalə

Məhkəmə Serj Sarkisyana bəraət verib