Zelenski Səudiyyə Ərəbistanında vəliəhd şahzadə ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, bu barədə SPA agentliyi yazır.

Tərəflər Ukrayna münaqişəsini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Vəliəhd şahzadə ərəb dövlətinin böhranın həllində maraqlı olduğunu bildirib. O, həmçinin münaqişənin gərginliyini azaltmaq üçün bütün beynəlxalq səylərə dəstək vəd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.