Zelenski yardıma görə Tokayevə təşəkkür edib

Ukrayna prezidenti Vladimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Comart Tokayevə humanitar yardıma görə təşəkkür edib.

Azpost.info xəbər verir ki, Ukrayna lideri qeyd edib ki, söhbət zamanı ölkələr arasında siyasi dialoqun və ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsi də müzakirə olunub.

“İlk növbədə, ölkəmizə göstərilən humanitar yardıma görə minnətdarlığımı bildirdim. Həmkarımı Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin işinin nəticələri və Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri haqqında məlumatlandırdım”, – Zelenski bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.