Zelenski Zalujnının 500 minlik səfərbərlik təklifini rədd edib

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib. Ukrayna lideri bununla razılaşmayıb.

Bu barədə “The Washington Post” yüksəkrütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.

Zelenski Silahlı Qüvvələrin Baş komandanının bu ideyası ilə razılaşmayıb. Prezidentin fikrincə, ölkədə vergiləri əhəmiyyətli dərəcədə artırmadan səfərbərlik xərclərini ödəmək mümkünsüzdür. Ukrayna lideri, həmçinin “aqressiv səfərbərlik” səbəbindən əhali arasında populyarlığının mümkün azalmasından ehtiyatlanır.

“The Washington Post” nəşri onu da qeyd edib ki, gələcək səfərbərliyin miqyası məsələsi Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığına çevrilib.

Əvvəlki məqalə

Dağıstanın başçısının həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

Dövlət orqanlarında 106 vakant vəzifə daxili müsahibəyə çıxarılıb